İsrail Qırmızı dənizə bir neçə döyüş gəmisi və qabaqcıl sualtı qayıq göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bu addım İranın fəaliyyətini izləmək üçün atılıb.
Qeyd edilib ki, İsrail gəmiləri Qırmızı dənizdə olan ABŞ hərbçiləri ilə mütəmadi əlaqədədir.
Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carney” esminesi və Qırmızı dənizdəki bir neçə ticarət gəmisi Yəməndən atılan raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.