4 Dekabr 2023 12:43
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Ukraynada dayandırılmasa, daha çox şey əldə etmək üçün geri dönəcək.

Teleqraf.com xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib.

“Yaxın keçmişdə belə bir təhlükə və qeyri-müəyyənlik dövrü xatırlamaq çətindir”, - baş nazir bildirib.

Kemeron vurğulayıb ki, insanlar dünyanın nə qədər dəyişdiyini dərk etməlidirlər.

“Kremlin münaqişələri qızışdırması, daha aqressiv Çin, islamçı ekstremizm gənc şüurları zəhərləyir, bunlar bir gecədə yox olmayacaqlar”, - Britaniyanın baş diplomatı söyləyib.

Kemeron vurğulayıb ki, artıq dünyanı əvvəlki vəziyyətə qaytarmaq mümkün deyil.

“Putini Ukraynada dayandırmasaq, dönə-dönə qayıdacaq”, - baş nazir fikrini yekunlaşdırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər