4 Dekabr 2023 20:39
3 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Avropa Birliyi və NATO-dakı gələcəyi ərazilərin işğaldan azad edilməsi ilə yox, onun müqaviməti ilə müəyyən edilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı analitik Timoti Şnayder deyib.

Onun sözlərinə görə, Ukrayna öz ərazilərini tam işğaldan azad etmədən də AB və NATO-ya daxil ola bilər.

Şnayder qeyd edib ki, Almaniya Federativ Respublikası 1990-cı ildə ölkənin birləşməsindən əvvəl olduğu kimi, həmin ssenari bu halda da tətbiq olunmalıdır. Almaniya bundan əvvəl AB və NATO üzvü idi, baxmayaraq ki, öz qanunvericiliyinə görə, konstitusion ərazisinin müəyyən hissəsinə (o zamankı Almaniya Demokratik Respublikası) nəzarət etmirdi.

“Etiraf etmək çox vacibdir ki, Rusiya Ukrayna ərazisinin bir hissəsini sadəcə fiziki olaraq işğal etməklə bu prosesləri dayandıra bilməz. Ukrayna öz davranışları ilə Avropa Birliyində olmaq hüququnu tam şəkildə qazanıb”, - analitik vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər