4 Dekabr 2023 22:49
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In ölkədə doğum nisbətinin azalmasını dayandırmağın qadınların vəzifəsi olduğunu deyərək, onları daha çox uşaq dünyaya gətirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Şimali Koreya lideri bu haqda qadınlarla görüşündə danışıb.

“Doğum nisbətinin azalmasının dayandırılması, uşağa yaxşı baxım və təhsilin təmin edilməsi analarımızla birlikdə həll etməli olduğumuz ailə problemləridir”, - Kim Çen In bildirib.

Şimali Koreyada sosial problemləri işıqlandıran Dprkhealth.org saytının araşdırmaçıısı An Kyun-su ölkədəki bir çox ailənin birdən çox uşaq sahibi olmağı düşünmədiyini iddia edir. An ailələrin uşaqlarını böyütmək, onları məktəbə göndərmək və iş tapmağa kömək etmək üçün külli miqdarda pul xərcləməli olduğunun fərqində olduğunu söyləir.

Jurnalist şimallı qadınların çox uşaq sahibi olmaq istəməmələrinin bir səbəbi kimi, gizli baxılan Cənubi Koreya serialları və filmlərinin mümkün təsirinə də diqqət çəkib.

Cənubi Koreyanın “Hyundai” Araşdırmalar İnstitutunun hesabatında Şimali Koreyada doğum nisbətinin azalmasının 1990-cı illərdən bəri ölkədə yüz minlərlə insanın ölümünə səbəb olduğu təxmin edilən qıtlığın olduğu deyilir.

Hesabatda Şimali Koreyada əhalinin 2034-cü ildən başlayaraq azalmasının gözlənildiyi, 2070-ci ilə qədər isə əhalinin 23.7 milyon nəfərə düşəcəyinin ehtimal edildiyi vurğulanır. Hazırda Şimali Koreya əhalisinin sayının 25.7 milyon civarında olduğu təxmin edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər