Sabah Türkiyə və Ukrayna arasında regional məsələlər üzrə siyasi məsləhətləşmələr aparılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbə bildirib.
“5 dekabr 2023-cü il tarixində Türkiyə Xarici İşlər Nazirinin müavini səfir Burak Akçapar və ukraynalı həmkarı Yevgeni Perebiynisin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında ikitərəfli və regional məsələlərə dair siyasi məsləhətləşmələr baş tutacaq”, - məlumatda vurğulanıb