Rusiya Prezidenti Vladimir Putin bu həftə BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
"Bu, işgüzar səfər olacaq. Danışıqlar ilk növbədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə keçiriləcək. Ondan əvvəl biz BƏƏ-də olacağıq, orada da işgüzar səfərimiz olacaq.
Ümid edirəm ki, bu faydalı danışıqlar olacaq. Biz bunu son dərəcə vacib hesab edirik", - Kreml rəsmisi vurğulayıb.