Türkiyə Qara dəniz sahilləri yaxınlığında NATO-nun hava patrullarını həyata keçirmək üçün ilk dəfə Rumıniyaya bir qrup "F-16" qırıcıları göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə NATO Hava Komandanlığı (AIRCOM) məlumat yayıb.
"NATO-nun Rumıniyadakı hava patrulu missiyasına Almaniya və Türkiyənin əlavə qırıcı təyyarələr göndərməsini alqışlayıram", - deyə NATO-nun rəsmi nümayəndəsi vəzifəsini icra edən Dilan Uayt bildirib.
Artıq dörd təyyarə noyabrın 30-da Rumıniyanın Feteşti yaxınlığındakı Borça aviabazasına çatıb. Alyans həmçinin vurğulayıb ki, Türkiyənin F-16-ları “Qara dəniz sahili boyunca NATO hava məkanını qorumaq və potensial hava təhdidlərinin qarşısını almaq” üçün Rumıniya və Alman qırıcıları ilə birlikdə patrul edəcək