İraqın Baş naziri Heydər İbadi Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika bölgəsi üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşüb.
Axar.az xəbər verir ki, tərəflər arasında təhlükəsizlik, enerji, neft, silahlandırma və iqtisadi münasibətlər mövzusunda müzakirələr aparılıb.
Görüş zamanı İbadi Rusiyanın İŞİD terror təşkilatı ilə mübarizədə İraqa yardım etməsini istəyib.
Boqdanov da Rusiyanın İraqla ikili münasibətləri inkişaf etdirmək istədiyini deyib.