5 Dekabr 2023 10:43
6 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlara görə İranın məsuliyyət daşıdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Amerika rəsmisi İrandan gələn təhdid və təhlükələrə qarşı tədbir görüləcəyinin anonsunu da verib.

Sallivan bildirib ki, ABŞ yeni hücumların qarşısını almaq üçün digər ölkələrlə dəniz əməliyyat qrupları yaratmaq barədə danışıqlar aparır:

“Digərləri ilə məsləhətləşərək müvafiq tədbirlər görəcəyik, bunu seçdiyimiz vaxt və yerdə edəcəyik”.

Prezidentin müşaviri ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS Carney” esminesinin Qırmızı dənizin cənubunda ticarət gəmilərinin kömək çağırışına cavab verib kömək edərkən ona doğru irəliləyən 3 PUA-nı vurduğunu söyləyib.

Sallivan Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlara görə son nəticədə İranın məsuliyyət daşıdığını vurğulayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Qırmızı dənizdə beynəlxalq sularda 3 ticarət gəmisinə 4 hücumun təşkil edildiyini açıqlayıb. Açıqlamada “USS Carney” esminesinin gəmilərin kömək çağırışına cavab verdiyi, bu zaman 3 PUA-nı vurduğu bildirilib.

ABŞ gəmisinə PUA hücumunun İranın dəstəklədiyi “Husi” qruplaşması (Yəmən) tərəfindən təşkil olunduğu deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər