6 Dekabr 2023 09:44
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri Avdiv koks zavodu istiqamətində əks-hücuma keçərək, Rusiya qoşunlarını iki mövqedən geri çəkilməyə məcbur edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Geolokasiya görüntüləri Ukrayna qüvvələrinin zavod ətrafındakı dəmir yolu hissəsinin şərqinə doğru irəlilədiyini göstərir.

Eyni zamanda, Rusiya mənbələri bildirirlər ki, Ukrayna ordusu Stepovoy yaxınlığında əks-hücuma keçərək, Novokalinovoy istiqamətindən rusların müdafiə xəttinə təzyiq göstərir.

Rusiya qüvvələri də Avdiv yaxınlığında hücum əməliyyatlarını davam etdiriblər və müəyyən qədər irəliləyiblər.

Bir neçə gündür Krasnoqorivka yaxınlığında mövqe döyüşləri gedir. Rusiya qoşunları Nevelski yaxınlığında hücumları bərpa edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər