Türkiyə İŞİD terror təşkilatı ilə mübarizə koalisiyasında çox aktivdir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Yan Makkari deyib.
ABŞ rəsmisi Ankaranın qlobal koalisiyanın mühüm üzvü kimi çox fəal rol oynadığını vurğulayıb.
“Bəzi məsələlərdə türk tərəfdaşlarımızla fikir ayrılıqları olsa da, Türkiyə hökuməti ilə antiterror əməkdaşlığımızı davam etdirmək əzmindəyik”, - Makkari bildirib.
Türkiyə və ABŞ-ın İŞİD-lə mübarizə çərçivəsində Afrika kimi digər bölgələrdə də təmasda olduqlarını söyləyən Makkari Ankaranın bu regionda baş verənləri də yaxından izlədiyini qeyd edib.