Yaponiya, Böyük Britaniya və İtaliya gələn həftə Tokioda reaktiv qırıcıların istehsalı üçün birgə şirkət və filial qrupunun yaradılması haqda yeni saziş imzalayacaq.
Teleqraf.com xəbər verir ki, hökumətlərarası qurum Britaniyanın “BAE Systems PLC”, Yaponiyanın “Mitsubishi Heavy Industries” və İtaliyanın “Leonardo” şirkətlərinin formalaşdıracağı birgə sənaye qrupuna rəhbərlik edəcək. Qrup işi “Qlobal Döyüş Aviasiya Proqramı”nın (GCAP) müxtəlif hissələrini komandalar arasında bölüşdürəcək.
Üç ölkə GCAP qərargahı kimi Britaniyanı seçməyi planlaşdırır. GCAP digər ölkələrin, o cümlədən Səudiyyə Ərəbistanının kiçik tərəfdaş kimi iştirakına razılıq verib.