ABŞ Ukraynaya 175 milyon dollara qədər məbləğində yeni silah paketi ayırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin yazılı açıqlamasında bildirilib.
Qeyd olunub ki, paketə "HIMARS" çoxsaylı buraxılış raket sistemləri, "AGM-88 HARM" anti-radar raketləri, artilleriya mərmiləri, zirehli deşici mərmilər, atıcı silahların sursatları, maneələrin məhv edilməsi üçün dağıdıcı sursatlar, kritik infrastrukturun mühafizəsi üçün avadanlıqlar, həmçinin ehtiyat hissələri və köməkçi avadanlıqlar daxil edilib.