Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
"İnşallah dekabrın 18-də Macarıstana səfər etməyi planlaşdırırıq”, - deyə R.T.Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, dekabrın 7-də Yunanıstana səfər nəzərdə tutulub.