Rusiya qüvvələri gecə saatlarında Ukrayna ərazilərinə İran PUA-ları (“Şahid”) ilə zərbələr endirib. Dronlar Krımdan atılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Ümumilikdə Ukrayna ərazisinə 18 “Şahid” hücum PUA-sı buraxılıb. Əsas hücum hədəfləri Xmelnitski və Odessa vilayətləridir.
Ukrayna hərbi aviasiyasının qüvvə və vasitələri Rusiyanın 15 hücum dronunu məhv edilib.
Məlumatda qeyd olunur ki, əməliyyatlara zenit-raket bölmələri və mobil atəş qrupları da cəlb olunub.