7 Dekabr 2023 15:45
29 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Avrasiyada birləşdirici rolu 2024-cü ildə artacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

“Avrasiya ərazisində Krımın Rusiyaya qaytarılması, Luqansk və Donetsk, həmçinin Xerson və Zaporoje vilayətlərinin reinteqrasiyası ilə konturları üzə çıxmağa başlayan prinsipial yeni reallıq yaranır. Əminəm ki, 2024-cü ildə Moskvanın materikin əsas inteqrasiya layihələrinin mərkəzi kimi birləşdirici rolu daha da güclənəcək. Bunu Rusiya, MDB, KTMT və Şanxay Əməkdaşlıq Təşkilatındakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan ibarət formalaşmaqda olan geniş ittifaq, eləcə də formalaşmaqda olan Böyük Avrasiya Tərəfdaşlığı nümayiş etdirir”, - xidmət rəhbəti bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər