7 Dekabr 2023 16:50
5 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı və komandası prezident seçkilərində Rusiya lideri Vladimir Putinin əleyhinə səs verməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, müxalif komanda seçicilərə “Putinsiz Rusiya” şüarı ilə müraciət edib.

“Prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək. Həmin gün hamını seçki məntəqələrinə gələrək Vladimir Putinin əleyhinə səs verməyə çağırırıq. Bu, istənilən digər namizədə səs verməklə edilə bilər”, - açıqlamada bildirilir.

Navalnı tərəfdarları artıq Rusiya prezidentinə qarşı kampaniyaya başlayıblar. Onlar “Putinsiz Rusiya” saytını açıblar.

Saytda deyilir ki, hər bir fəal vətəndaş prezident seçkilərinə yaxın 100 gün ərzində qarşısına sadə məqsəd qoymalıdır: ən azı 10 nəfəri Putinə qarşı çıxmağa inandırmaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər