Türkiyə ilə Yunanıstan arasında “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” imzalanıb.
Teleqraf.com xəbər verir ki, sənəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri çərçivəsində imzalanıb.
Bəyannaməyə əsasən, iki ölkə dostluq münasibətlərini inkişaf etdirmək, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan siyasə əlaqələri gücləndirmək, aralarındakı hər hansı mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq həll etmək kimi öhdəliklər götürür.
Bundan əlavə, tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini, xüsusən də iqtisadi əlaqələri gücləndirməyə dair razılığa gəliblər.