Ukraynanın eks-prezidenti Pyotr Poroşenko ABŞ Senatının Ağ Evin ölkəsinə hərbi yardım layihəsinə mane olmasına təpki verib.
Teleqraf.com xəbər verir ki, sabiq prezident Ukraynanın ABŞ-ın daxili siyasi proseslərin girovuna çevrilə biləcəyi ehtimalını “qəbuledilməz” adlandırıb.
“Gələn il keçiriləcək seçkilərlə əlaqədar Ukraynanın daxili siyasi məsələlərin (ABŞ) girovu ola biləcəyi fikrinə nifrət edirəm. Bu, tamamilə qəbuledilməzdir”, - Poroşenko bildirib.
Onun fikrincə, Kiyevə yardım paketinə səsvermədəki çətinliklər təhlükəli əlamətdir.
Bundan əvvəl Ukrayna və İsrailə də daxil olmaqla, 100 milyard dollardan çox yardım ayrılmasına dair qanun layihəsi ABŞ Senatında prosessual səsvermədən keçməyib.