9 Dekabr 2023 00:37
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bloomberg” agentliyi 2023-cü ildə dünyanın ən zəngin ailələrinin siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, birinci yerdə 305 milyard dollar sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl Nəhyan olub.

Reytinqdə ikinci yerdə “Walmart” mağazalar şəbəkəsinin yaradıcısı Sem Uoltonun ailəsi (259,7 milyard), üçüncü yerdə “Hermes” dəbdəbəli brendinin sahibləri olan Hermes ailəsi (150,9 milyard) qərarlaşıb. Onları 141,9 milyard dollarla “Mars” şirkətləri ailəsi izləyir. Beşinci yeri isə Qətərdə hakim şeyxlər və əmirlər sülaləsi Əl Tani (133 milyard) tutur.

Agentlik qeyd edir ki, bəzi ailələrin sərvətinə onların neft sektoruna cəlb olunması kömək edib.

Ümumilikdə dünyanın 25 ən varlı ailəsi bir il ərzində 1,5 trilyon dollar daha çox pul qazanıb ki, bu da 2022-ci ildə ən zəngin ailələrin sərvətindən 43 faiz çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər