“Atılan addımları nəzərə alaraq, mənim proqnozuma görə yaxın iki-üç il ərzində iki ölkə arasında münasibətlərdə böyük sıçrayış olacaq”
Teleqraf.com xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali “Nur News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İran çalışır ki, iş adamları Rusiyanın yeni iqtisadi ab-havası ilə tanış olsunlar. Bunun üçün şərait yaradılır və maneələr azaldılır.