9 Dekabr 2023 22:09
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə Qüvvələri (IDF) Livandakı Hizbullahın komanda və nəzarət mərkəzinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat IDF -nin teleqram kanalında yerləşdirilib.

“Son vaxtlar Livan ərazisindən ölkənin şimalındakı bir neçə bölgədə bir sıra atışlar qeydə alınıb; İDF atışmaların gəldiyi yerlərə atəş açıb”, - departament əlavə edib.

Bir müddət əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Hizbullahın eskalasiyası Livanın məhvinə səbəb ola bilər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər