10 Dekabr 2023 01:07
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında tutduğu mövqeyi yüksək qiymətləndirdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Mən Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasında tutduğu düzgün mövqeyi həqiqətən yüksək qiymətləndirirəm"- deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, digər ölkələr də başa düşməlidirlər ki, bir tərəfdən HƏMAS-ın aradan qaldırılmasına dəstək vermək, digər tərəfdən isə Fələstin radikal hərəkatının məhvinə səbəb olacaq müharibəyə son qoymağa çağırmaq mümkün deyil.

İsrailin baş naziri qeyd edib ki, ölkə HƏMAS-ı məhv etmək və digər hərbi məqsədlərə nail olmaq üçün "ədalətli müharibəni” davam etdirəcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər