10 Dekabr 2023 22:33
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Kralı XVI Karl Qustaf Stokholm Filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib.

Teleqraf.com xəbər verir ki, 10 mükafatçıya diplom və qızıl medallar təqdim olunub.

Mərasimi açan Nobel Fondunun İdarə Heyətinin sədri Astrid Söderberq Uiddinq qeyd edib ki, “bu axşam mükafatlandırılan laureatlar elmin və ədəbiyyatın qüdrətindən xəbər verir. Onlar bizə göstərir ki, tək və birlikdə dünyanı dəyişə bilərik”.

Nobel Komitəsinin sədrinin açılış nitqindən sonra 2023-cü il laureatları ənənəvi olaraq tər çiçəklərlə bəzədilmiş səhnəyə çıxaraq qızıl medalları, diplomları və 9 milyon İsveç kronu (təxminən 850 min avro) məbləğində mükafatı qəbul ediblər.


Müəllif: Teleqraf.com