11 Dekabr 2023 11:15
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu gecə saatlarında Krımdan Ukrayna ərazilərini “Şahid” tipli PUA-larla (İran istehsalı) hədəfə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayılıb.

Ümumilikdə Ukrayna ərazisinə 18 PUA buraxılıb. Rusiyanın bütün dronları Ukrayna hərbi aviasiyası tərəfindən məhv edilib. Əksəriyyəti Nikolayev vilayətində vurulub.

Bundan başqa, Rusiya Kiyev vilayətinə 8 ballistik raket atıb.

Ukrayna ordusunun zenit-raket bölmələri tərəfindən 8 hədəfin hamısı məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər