Ermənistana qaçan Rusiya ordusunun hərbçisi saxlanılıb.
Teleqraf.com xəbər verir ki, onun Rusiyanın Gümrüdəki 102-ci bazasının hərbi polisi tərəfindən saxlanıldığı bildirilir.
Dmitri Setrakov 2022-ci ilin sentyabrında Rusiya ordusuna səfərbər edilib. Bu ilin aprelində xidmət etdiyi bölmədən qaçıb. Oktyabrda təslim olsa da, qaçmağı bacarıb. Rusiyanı tərk edən Setrakov İrəvana gəlib, amma bir həftə sonra Gümrü şəhərində saxlanılıb.
Fərari hərbçinin hazırda Rusiya bazasında olduğu deyilir.
Ukrayna mənbələrinin məlumatına görə, Rusiyada müharibə ilə əlaqədar səfərbərlik başlayandan bəri ən azı 4121 nəfər hərbi hissələrdən qaçıb.
Ukraynalı hərbi ekspert Aleksandr Musiyenkonun iddiasına görə, Moskva hər ay ordusuna 10-15 min nəfər cəlb edir.