11 Dekabr 2023 10:43
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının müdafiə etdiyi mövqelərə basqın edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Artemovskdan şimal-qərbdə fəal müdafiə zamanı İvanovo desantlarının hücum bölmələri Ukrayna ordusunun mövqelərinin ələ keçirilməsi tapşırıqlarını uğurla yerinə yetirirlər. İvanovo Qvardiya Hava Desant Qüvvələrinin hücum bölmələrinin BMD-2K-AU hava-desant döyüş maşınları ilə desantları Ukrayna ordusunun xüsusi təyinatlıları tərəfindən müdafiə olunan Ukrayna birləşmələrinin mövqelərini ələ keçiriblər. Döyüş zamanı Rusiya əsgərləri Ukrayna Silahlı Qüvvələrinin mövqelərində möhkəmlənə biliblər", - məlumatda bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər