ABŞ hakimiyyəti daxili problemlərin həllinə diqqət yetirməli, eyni zamanda da Ukraynaya maliyyə yardımını dayandırmalıdır.
Teleqraf.com xəbər verir ki, bu barədə konqresmen Marjorie Taylor Greene sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Amerika liderlərinin axmaqlığı və dəhşətli məsuliyyətsizliyi ucbatından ABŞ-ın dövlət borcu təxminən 34 trilyon dollara çatıb: "Bir sözlə batırıq. Biz Ukraynanı Rusiya ilə münaqişədə maliyyələşdirə bilmərik".