11 Dekabr 2023 13:47
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Özlərinə gəlsinlər, təslim olsunlar. Bəzi dost ölkələr terrorçulara hər cür dəstək verirlər”.

Teleqraf.com xəbər verir ki, bunu antiterror əməliyyatları haqda danışan Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

Nazir ABŞ başda olmaqla, bəzi Qərb dövlətlərinin terrorçulara təlim keçmələrinə təpki göstərib:

“Hətta terror təşkilatına (PKK/YPG red.) vertolyotlardan necə istifadə etməyi öyrədirlər. Terror təşkilatını öz torpaqlarımızdan, xalqımızdan, sərhədlərimizdən uzaq tutmağa borcluyuq. Terror təşkilatının üzvləri indi mağaralarda sağ qalmağa çalışırlar.

Terror təşkilatının “qala” adlandırdığı hər mağara onun üçün məzarlığa çevrilib. Bəzi müttəfiqlərimiz terror təşkilatını israrla dəstəkləməyə davam edir. Bu qəbuledilməzdir”.

Suriyadakı son durum haqda məlumat verən Gülər bildirib:

“Suriyada çoxlu şəhid verdik, amma bunun bir qarşılığı oldu. Bu gün sərhəd bölgəsində vətəndaşlarımız rahat yaşayırlar. Bizim nə Suriya, nə də başqa ölkənin torpağında gözümüz var. Rejim (Bəşər Əsəd – red.) yeni konstitusiyanı qəbul etməli və seçkilər keçirməlidir. Bundan sonra öz ölkəmizə qayıdacağıq”.

Müdafiə naziri əlavə edib ki, sərhəd təhlükəsizliyi tədbirləri cümhuriyyət tarixində ən üst səviyyəsindədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər