Qəzzadakı (Fələstin) durumdan istifadə edən ABŞ-ın Suriyanın Hasəkə və Deyr əz-Zor bölgələrində PKK/YPG terror təşkilatı ilə genişmiqyaslı təlimlər keçirdiyi məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Məyadin” qəzeti məlumat yayıb.
ABŞ-ın Hasəkə və Deyr əz-Zordakı bazalarında helikopterlər və PUA-lar da daxil olmaqla həqiqi sursatlarla təlimlər keçirdiyi bildirilir.
Təlimlərə ABŞ-ın yaratdığı PKK/YPG-nin “xüsusi təyinatlılar”ı da qatılıb.
Təlimin ABŞ-ın “Mavi Ox” adlandırdığı və Suriyanın işğal olunmuş bölgələrindəki bazaların iştirakı ilə bir neçə gün davam edəcək təlimlər silsiləsinin bir hissəsi olduğu vurğulanır.
ABŞ-ın terror təşkilatına silsilə maddi-texniki yardımları və hərbi təlimləri Türkiyə tərəfindən etirazla qarşılanır.