İran rejimi Tehran həbsxanasında saxlanılan isveçli diplomatı 600 gündən çox İsrailə casusluq və korrupsiyada ittiham edir. Bütün bunlara görə ölüm hökmü nəzərdə tutulur.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
“İohan Floderus ölkənin təhlükəsizliyinə qarşı genişmiqyaslı tədbirlərdə, sionist rejimlə (İsraillə) geniş kəşfiyyat əməkdaşlığında və korrupsiyada ittiham olunur”, - Britaniya nəşri yazır.
33 yaşlı Floderus 2022-ci il aprelin 17-də İran səfərdən qayıdarkən Tehran hava limanında həbs edilib.
Avropa Birliyinin diplomatik xidmətində çalışan isveçli Tehrandakı Evin həbsxanasında saxlanılır. 2022-ci ilin iyulunda ömürlük həbs cəzasına məhkum edilib.