11 Dekabr 2023 18:10
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qısa müddətdə Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Co Bayden arasında telefon danışığı olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti məlumat yayıb.

“Prezident Ərdoğanın mesajları Ağ Ev tərəfindən qəbul edilmiş olmalıdır. Çünki Baydenin Ərdoğana zəng edəcəyi və bir neçə gün ərzində iki liderin telefonla danışacağı gözlənilir”, - məlumatda deyilir.

İki liderin görüşündə əsas gündəm mövzusu şübhəsiz Qəzza olacaq.

Həm daimi atəşkəsin təmin edilməsi, həm də Qəzzanın müharibədən sonrakı statusu müzakirə ediləcək. Türkiyə ilə ABŞ arasında F-16-ların satışı və İsveçin NATO-ya üzvlük məsələsi də müzakirə mövzuları arasında yer alacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər