QOÇ - Göy qübbəsi yalnız səfərlər üçün uğurlu təqvim yaşayacağınızdan xəbər verir. Doğmalarınıza, yaxınlarınıza baş çəkməyə dəyər. Hətta pulunuz olmasa belə, bir qədər borc götürün.
BUĞA - Mövcud gərginlikdən qurtulmaq üçün uzaq səfərə çıxmağınız məsləhətdir. Çünki həm fiziki, həm də zehni cəhətdən çox yorulmusunuz. Sevgi münasibətlərində səmimi olun.
ƏKİZLƏR - Maddi problemləriniz olsa da, işlə bağlı heç bir çətinliyiniz olmayacaq. Ulduzlar gələcək planlarınızı məxfi saxlamağı məsləhət görür. Hətta ən yaxın adamlarınıza belə sirr açmayın.
XƏRÇƏNG - Qarşınızda xoş ovqatlı bir təqvim yarpağı durur. İstəklərinizin əksəriyyətinə yetişəcəksiniz. Daha çox sövdələşmələrə üstünlük verin, azyaşlı uşaqların qayğısına qalın.
ŞİR - Təzə xəbərlər yolunuzu gözləyir. Ürəyinizcə olan və gələcəyiniz üçün böyük önəm daşıyan təkliflər də ala bilərsiniz. Bir sözlə, bu təqvim taleyinizdə əsaslı dönüş yarada bilər.
QIZ - Qarşınızda maraqlı bir təqvim durur. Bu səbəbdən də fürsətinizi fövtə verməyin. Sevdiyiniz adamlarla bir yerdə olun. İşgüzar münasibətlərdə ölçülü-biçili davranmağı da unutmayın.
TƏRƏZİ – İxtiyarınızda olan bu təqvimi məhəbbət istiqamətinə yönəldin. Çünki gün ərzində ən yüksək ovqatı məhz sevgidən alacaqsınız. Nahardan sonra müəyyən qədər işlə məşğul olmaq olar.
ƏQRƏB - Daxili narahatçılığınız əriməsə də, işlərinizə hopan gərginlik kifayət qədər azalacaq. Saat 15-dən sonra isə şəxsi işlərinizdə nəzərəçarpacaq irəliləyişlər baş verəcək.
OXATAN - O qədər də uğurlu gün deyil. Bir tərəfdən səhhətinizlə bağlı problemlər, digər tərəfdənsə qarşılıqlı münasibətlərdə anlaşılmazlıqlar ovqatınızı poza bilər. Təmkinli olun.
OĞLAQ - Yaxşı olar ki, günün əsas hissəsini mənzil şəraitində keçirəsiniz. Uzaq yola çıxmaq, açıq havada olmaq müəyyən qədər uğursuzluq gətirə bilər. Dinə zidd hərəkətlərə yol verməyin.
SUTÖKƏN – Zodiak sferasına sizin bürc hakim olduğu üçün hamıdan enerjilisiniz. Bu gün həm də maliyyə planlarınızın reallaşması sürətlənəcək. Həmkarlarınızla aranızda yaranmış soyuqluğu da dəf edin.
BALIQLAR - Neçə gündən bəri yığılmış gərginliyiniz ümumi ovqatınızı aşağı salacaq. Odur ki, ciddi işlərə girişməyə dəyməz. Səhhətinizi qoruyun. Axşam maraqlı adamlarla görüşləriniz olmalıdır.