İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu xəstədir, psixoloji problemləri var.
Teleqraf.com xəbər verir ki, bunu İstanbulun Bakırköy bələdiyyəsinin sədri Bülənt Kərimoğlu (CHP) deyib.
Kərimoğlu İmamoğluna həkim gözü ilə baxdığını bildirib:
“Əvvəllər hörmətli İmamoğluna iki dost, sonra iki bələdiyyə başçısı yaxınlığı ilə baxdım. Son bir-iki ildir İmamoğluna həkim gözü ilə baxıram. Cərrah olsam da, psixoloji durumuna baxıram. Hörmətli İmamoğlunun alçaldıcı və təkəbbürlü rəftarını ona yaraşdırmıram.
“Bir əlimdə ayı, bir əlimdə günəşi tutdum, İstanbul böyükşəhər bələdiyyəsinin sədriyəm” sözləri doğrudan da lovğalığın ifadəsidir. Təkəbbür siyasətçilərin yetkinləşməsinə, düzgün qərarlar verməsinə mane olur. Bu, siyasətçini zəhərləyir”.