15 Dekabr 2023 01:00
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 7-dən bəri Qəzza zolağında azı 300 tibb işçisi ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin Telegram kanalında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, hesabat dövründə 138 tibb müəssisəsi İsrail Müdafiə Qüvvələrinin atəşinə məruz qalıb, 102 təcili yardım maşını məhv edilib.

Səhiyyə Nazirliyi anklavda səhiyyə sahəsində son dərəcə çətin vəziyyəti bir daha qeyd edib.

İddia olunur ki, Qəzzanın cənubundakı tibb müəssisələri artıq xəstələri qəbul edə və onlara xidmət göstərə bilmir, kəskin dərman çatışmazlığı var, uşaqlıq peyvəndi ehtiyatı tükənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər