Rusiya qoşunları son sutka ərzində cəbhədə lokallaşdırılmış hücum əməliyyatları keçirib. Baxmut, Avdiv və Marin şəhərləri yaxınlığında irəliləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
Rusiya ordusunun Klişçivkanın şimal-qərbinə doğru irəliləməyə başlaması haqda da məlumat var.
Bundan əlavə, rus mənbələri Baxmutdakı əməliyyatları getdikcə Çasiv Yarı mühasirəyə almaq cəhdləri kimi səciyyələndirirlər. Boqdanivka, Xromovo, Klişçivka və Andrivka istiqamətlərindəki əməliyyatların Çasiv Yara mütəşəkkil hücum kimi qiymətləndirilir.
Bununla belə, ABŞ institutuna görə, istehkamlara və taktiki yüksəklikdə yerləşməsi səbəbindən Çasiv Yarı mühasirəyə almaq çətin olacaq. Rusiya qoşunları buradan təxminən 9 km aralıdadır.
Rusiya qüvvələri Avdiv istiqamətində Stepovoy və Pervomaysk yaxınlığında irəliləyiblər. Rusiya mənbələri iddia edirdilər ki, Stepovoyun şimalındakı meşə sahəsində mövqeləri ələ keçiriblər. Bundan əlavə, rusların Marinin qərbində də irəlilədiyi bildirilir.