17 Dekabr 2023 10:32
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviya sahillərində gəminin batması nəticəsində azı 61 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının Liviya bölməsi X sosial şəbəkəsində məlumat yayıb.

Təşkilat qadın və uşaqların qəzadan sağ çıxmadığını bildirib. Hadisənin səbəbləri açıqlanmayıb.

Qayıq 86 sərnişinlə Liviyadan yola düşürü, lakin onların hara getdiyini açıqlamayıblar.

AFP-nin məlumatına görə, batmış qayıqda olan sərnişinlərin əksəriyyəti Nigeriya, Qambiya və digər Afrika ölkələrinin vətəndaşları olub. BMqT rəsmiləri sağ qalanlara tibbi yardım göstərdiklərini qeyd ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər