21 Yanvar 2015 12:18
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Barak Obama Senatda çıxış edib.


Ənənəvi olaraq ABŞ prezidentlərinin "Birliyin vəziyyəti" adlı çıxışında danışan Ağ ev rəhbəri Konqres üzvlərinə birgə çalışmağı və "yaxşı siyasət" yürütməyi təklif edib.

Obamanın çıxışında ən önəmli məqam isə seçkilərdə namizədliyini irəli sürməyəcəyi olub.

Obama "Mən bir daha ölkə rəhbərliyinə başçılıq üçün namizəd olmayacağam", - deyərkən salondan alqış səsləri eşidilib.

Bundan sonra Obama gülərək, "Olmayacağam. Çünki onsuz da iki seçimi də qazanmışam", - deyib.

Prezidentliyinin son iki ilində fəaliyyətini ABŞ xalqına həsr edəcəyini deyən Obama Konqresə birlikdə işləməyi təklif edib.
/Axar.az/


Müəllif:

Oxşar xəbərlər