18 Dekabr 2023 18:56
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən husiləri İsraillə əlaqəsi olduğu iddia edilən iki gəmiyə hücuma keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Yəhya Sariya bildirib.

Onun sözlərinə görə, husilər iki təyyarə ilə “Swan Atlantic” neft tankerinə və “Clara” konteyner gəmisinə hücum edib.

Qeyd edək ki, Qəzza zolağında HƏMAS-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücum edəcəklərini və İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər