Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həlli HƏMAS Hərəkatının mövcudluğu ilə bir araya sığmır.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron deyib.
“Atəşkəs HƏMAS-ın davam etməsi ilə nəticələnəcək, bu, 7 oktyabr kimi hücumların təkrarlanması riskini daşıyır, buna görə də dərhal atəşkəs və münaqişənin ikidövlətli həlli də ola bilməz. Bu, uyğun gəlmir”, - nazir bildirib.
Kemeronun fikrincə, atəşkəs İsrailin təhlükəsizliyinə təhdid aradan qalxdıqdan, yəni HƏMAS məhv edildikdən sonra mümkündür.
Britaniya xarici işlər naziri qeyd edib ki, əvvəlki status-kvoya qayıtmaq mümkün olmadığı üçün iki dövlət əsasında həllə bağlı hələ çox iş görülməlidir.