28 Dekabr 2023 11:28
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi İran tərəfindən dəstəklənən “Hizbullah” terror təşkilatına hücuma hazır olduqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, əsas vəzifələrinin “Hizbullah”ın hücumları səbəbiylə ölkənin şimal bölgələrindən köç edənləri evlərinə qaytarmaq olduğunu qeyd edən Halevi bu məqsədlə İsrail ordusunun hazırlığının yüksək səviyyədə olduğunu bildirib.

Baş Qərargah rəisi vurğulayıb ki, “Hizbullah”a qarşı mübarizə üçün bir sıra planlar təsdiqlənib.

“Lazım olanda hücuma hazır olmalıyıq”, - Halevi deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər