22 Yanvar 2015 08:15
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma papası Fransisko Filippinə nənəvi səfəri zamanı çoxuşaqlı ailə dəyərləri barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, papa qeyd edib ki, sağlam ailələr cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən onlara qayğı göstərmək vacibdir:

“Hər bir uşağın ilahi hədiyyə kimi qəbul edildiyi ailələr ümid və rahatlıq oyadır. Onlar əmindirlər ki, hər bir övladın dünyaya gəlişi böyük sərvətdir.”

Papa onu da vurğulayıb ki, çoxuşaqlı ailələrin yoxsulluğun səbəbi olması barədə fikirlərlə razı deyil: “Mənim fikrimcə, yoxsulluğun başlıca səbəbi əsas hədəf kimi insanı deyil, pulu seçən iqtisadi sistemdir”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər