Yəmənin şimalında hökmranlıq edən “Ənsar Allah” hərəkatının (husilər) tərəfdarlarına məxsus hərbi qayıqlarla ABŞ gəmisi Qırmızı dənizdə toqquşub.
Teleqraf.com xəbər verir ki, Birləşmiş Ştatlar husilərin artan hücumlarına cavab olaraq digər on ölkə ilə birlikdə Qırmızı dənizdə gəmiçiliyi qorumaq üçün əməliyyata başlayacaqlarını açıqlayıb.
Buna cavab olaraq “Ənsar Allah” xəbərdarlıq edib ki, ABŞ ilə birgə koalisiyada iştirak edən ölkələrin gəmilərinə hücum etmək hüquqünu özündə saxlayır.