7 Yanvar 10:24
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu işğal olunmuş Krımda Rusiya hərbi obyektlərinə zərbələr endirmək üzrə çoxgünlük kampaniya aparır, artıq bir neçə hədəf uğurla vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qüvvələri dünən Krımın Saka şəhərindəki aerodromda yerləşən inzibati binaya dörd “Storm Shadow” qanadlı raketi ilə zərbə endirib. Rusiya Müdafiə Nazirliyi bundan sonra bəyan edib ki, Qara dəniz və Krım üzərində Ukraynaya məxsus 5 PUA, 6 “Neptun” və digər tipli 4 raketi məhv edib.

Bundan əlavə, Ukrayna hərbi kəşfiyyatının baş idarəsi (QUR) Rusiya ordusunun Saka aerodromundakı radar mövqelərinə və Qrışın yaxınlığındakı silah-sursat anbarına uğurlu zərbə endirildiyini açıqlayıb.

Ukrayna qüvvələri həmçinin yanvarın 4-dən etibarən Rusiyanın Krımda hava hücumundan müdafiə əməliyyatlarının əlaqələndirilməsinə cavabdeh olan Yevpatoriyada hava hücumundan müdafiə radar sisteminə və rabitə mərkəzinə, Pervomaysk yaxınlığındakı sursat anbarlarına və Sevastopol yaxınlığındakı komandanlıq məntəqəsinə zərbələr endirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər