7 Yanvar 11:11
1 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dən F-35 döyüş təyyarələri ala bilməyən Yunanıstan mediası buna görə Türkiyəyə qəzəblənib.

Teleqraf.com xəbər verir ki, “SL Press” adlı yunan nəşri bu səbəbdən ABŞ Konqresində yaranan əngəlləri Ankara ilə əlaqələndirib.

Nəşr yazır ki, Vaşinqtonun Afinaya hansı silahları satacağına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar verir:

“Amerikalılar etiraf ediblər ki, Yunanıstana F-35-lərin verilməsi məsələsi Türkiyəyə qarşı anlaşma predmetinə çevrilib.

Yunanıstan Silahlı Qüvvələri üçün zəngin dəstək paketi ilə bağlı bazarlıq edildiyi iddiası sızıdırılıb. Məlumata görə, müzakirə mövzusu olan hər cür cəfəngiyyatı Yunanıstan Silahlı Qüvvələrinin üzərinə atmağa hazırlaşırlar.

Ehtiyacımız olan şey isə budur:

Amerikalıların Türkiyəyə görə əsirgədiyi hava hücumundan müdafiə sistemlərinin və silahların verilməsi.

Əgər müttəfiqlərimiz Türkiyəni qəzəbləndirməmək və onunla aralarındakı balansı pozmamaq üçün bizi effektli müdafiə imkanından məhrum etsələr, bunun müqabilində sadə platformaları qəbul etmək intihar deməkdir.

Ərdoğanın bizə qarşı istifadə etdiyi strategiyanı izləmək lazımdır: Mənə vermirsən? Mən də başqa yerə gedirəm. Çünki veriləni sevmək olar, amma “yox” deyənləri mükafatlandırırlar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər