8 Yanvar 15:54
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə sənayesinin uğurlarını yaxından təqib edən fransız mediası Fransanın bu sektorunun təhlükədə olduğunu yazır.

Teleqraf.com xəbər verir ki, “Le Monde” qəzeti bu baxımdan Türkiyəni “yeni rəqib və təhdid” adlandırıb.

“Fransanın hərbi sənayesi yeni rəqiblər tərəfindən təhdid edilir”, - nəşr bildirir.

Ankaranın həyata keçirdiyi işlərə toxunan qəzet vurğulayır ki, Türkiyə hərbi sənayedə Fransanın ən güclü rəqiblərindən biridir.

Məqalədə qeyd olunur ki, Fransanın silah sənayesinin tərəflənməsinə və dünyanın üçüncü ən böyük silah ixracatçısı kimi mövqeyinə baxmayaraq, zəif cəhətləri var.

Nəşr bildirir ki, Fransa hərbi sənayesi demək olar bütün hərbi texnikanı özü istehsal edir:

“Bu, quru, dəniz və hava qüvvələrinin onları amerikalılardan və avropalılardan almaq məcburiyyətində qalmasının qarşısını alır. Amma bu ambisiya Fransanın orta güc statusundan irəli gələn zəiflikləri ilə bağlıdır”.

“Le Monde” diqqəti ona çəkir ki, Türkiyə də daxili imkanları ilə hərbi və təhlükəsizlik qüvvələrinin ehtiyaclarınə qarşılayır. Türkiyədə xarici ölkələrdən asılılığı minimuma endirmək məqsədilə işlər səngimədən davam edərkən, müdafiə təyinatlı məhsullar xaricdən çoxlu alıcı tapır.

“Le Monde” bu baxımdan Fransanın digər rəqibləri arasında Cənubi Koreya və İsrailin adlarını çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər