Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyadan silah istəməyə məcbur olub.
Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.
“Dünya Rusiyaya arxa çevirib, Putini işğalını davam etdirmək istəyi rüsvayçı formada Şimali Koreyaya üz tutmağa məcbur edib”, - nazir bildirib.
Britaniya Müdafiə Nazirliyi ötən ilin oktyabrında Şimali Koreyanın İran və Belarusla birlikdə Rusiyanın ən mühüm silah təchizatçılarından birinə çevrildiyini açıqlamışdı.