Yaponiyanın keçmiş Baş naziri Kakuei Tanakanın Tokionun mərkəzindəki iqamətgahı yanıb.
Teleqraf.com xəbər verir ki, yanğın zamanı 800 kvadratmetr ərazi yanaraq külə dönüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, Tanaka 1972-1974-cü illərdə Yaponiyanın Baş naziri olub. Onun qızı Tanaka Makiko əvvəllər Xarici İşlər Naziri olub.