Misir fironu Tutanxamonun qızıldan olan üz maskasında yarışəffaf yapışdırıcı maddə izləri aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir Muzeyinin direktoru Mahmud Həvaqi bildirib. Ekspertlər yapışdırıcı maddəyə ilk dəfə 7 ay əvvəl rast gəliblər. Dövrü olaraq aparılan yoxlamalardan biri zamanı maska üzərində aşkar olunmuş maddənin qalıqları daha sonra silinib.
Güman edilir ki, maddə fironun məzar maskasından qopmuş saqqalı yerinə yapışdırmaq üçün istifadə olunub.
Ehtimal olunur ki, bu hadisə muzeydə abadlıq aparılarkən baş verib. Hadisədən məyus olduğunu deyən direktor bu ehtimalları nə təkzib nə də ki, təsdiq edib.
Mahmud Həvaqi hadisəni araşdırmaq üçün xüsusi ekspertlər qrupunun yaradıldığını bildirib.
Rüstəm