ABŞ Hərbi Hava Qüvvələri Yəmənin “Ənsarallah” qiyamçı hərəkatının (husilər) 16 obyektində 60-dan çox hədəfə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Xüsusilə, İran tərəfindən dəstəklənən qruplaşmanın sursat anbarları, atış meydançaları, istehsalat obyektləri və hava hücumundan müdafiə radarları vurulub. ABŞ Hərbi Hava Qüvvələri bu məqsədlə müxtəlif növ 100-dən çox dəqiqidarə olunan sursatdan istifadə edib.
Zərbələrə ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarələri, yerüstü və sualtı platformalardan atılan “Tomaqavk” qanadlı raketləri cəlb olunub.